İsmayıllıda meşəlik ərazidə baş verən yanğın söndürülüb

# 14:09
5 sentyabr 2022

İsmayıllı rayonunun Bəhliyan kəndində meşəlik ərazidə baş verən yanğın söndürülüb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Bəhliyan kəndindəki meşə sahəsində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt mərkəzinə məlumat verilib. Dərhal əraziyə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa vaxtda geniş əraziyə yayılıb. Alovun qarşısının alınması üçün lazımı tədbirlər görülüb. Yanğınsöndürənlərin və meşə təsərrüfatı işçilərinin köməyi ilə alovun qarşısı alınıb.

 

Ümumilikdə 30 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğın tam söndürülüb, hazırda əraziyə nəzarət olunur.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR