İstanbula gedən Ukrayna nümayəndə heyətinə maraqlı TAPŞIRIQ

# 16:05
29 mart 2022

Ukrayna xarici işlər naziri Dmitri Kuleba İstanbulda danışıqlarda iştirak edən ukraynalı nümayəndə heyətinə rusiyalı nümayəndə heyəti ilə müzakirələrdə yeyib-içməmək barədə xəbərdarlıq edib.

 

APA-nın "Independent"ə istinadən verdiyi xəbərə görə, bu barədə nazir Kuleba yerli televiziya kanalına müsahibəsində deyib.

 

“Rusiya Federasiyası ilə danışıqlara gedən hər kəsə tövsiyə edirəm ki, heç nə yeməsin, içməsin, yaxşı olar ki, hər hansı bir səthə toxunmasın”, - deyə XİN rəhbəri bildirib.

 

Xatırladaq ki, martın 28-də "Wall Street Journal" məlumat yayıb ki, martın 3-də Kiyevdə qeyri-formal danışıqlarda iştirak edən rusiyalı oliqarx Roman Abramoviç və ukraynalı nümayəndə heyətinin üç üzvündə kimyəvi maddə ilə zəhərlənmə halı müşahidə olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR