Kadırov Zelenskini təhqir etdi və müharibənin bitəcəyi tarixi açıqladı
Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “telegram” kanalında Ukrayna prezidenti Volodimir Zelenskiyə növbəti dəfə müraciət ünvanlayıb. O bildirib ki, mesajın yayımlanmasına səbəb Zelenskinin Ukraynanın Rusiya ilə daha 10 il mübarizə aparacağını söyləməsi olub.
“Mən burada oxudum ki, Zelenski 10 il döyüşməyə hazır olduğunu bəyan edib. Bizim o qədər vaxtımız yoxdur. Bir neçə günə bitirəcəyik. Məncə, siz şizofrensiniz. Böyük qardaşın Baydenin yanına get”, deyə Kadırov Ukrayna prezidentini hədələyib.
Xatırladaq ki, bundan əvvəl də Çeçenistan lideri videomüraciətində bildirmişdi ki, indi Ukraynada “xüsusi əməliyyat” başlayır və çeçen hərbçilərin “yaxşı nəticələr”i olacaq.
Fuad Sadıqov
APA TV
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?