Kodlaşdırmanı kim aparmalıdır: Müəllim, yoxsa abituriyent? - APA TV

# 20:23
1 sentyabr 2022

31 avqust tarixində 48841 nəfər tələbə adını qazandı. Maraqlıdır, bəs onlardan neçə nəfər öz istədiyi ixtisasa qəbul oldu?!

Heç kəsə sirr deyil ki, ixtisas seçimi zamanı DİM-in saytındakı həmin o 15 ixtisas sıralamasını abituriyentlər yox, valideynlərinin məsləhət bildiyi müəllimlər və ya özünü bu işdə dırnaqarası peşakar sayan şəxslər edir. Özü də fantastik qiymətə: 300-500, bəzən isə 1000 manata. Bəs görəsən kodlaşdırma bu qədərmi çətin prosesdir?


Şəhərdə apardığımız sorğu zamanı tələbələrin bəziləri də bildirdi ki, onların ixtisas seçimini də başqası edib.

Vətəndaşların bir qismi isə düşünür ki, ixtisas seçimində kodlaşdırmanı abituryentin özünün etməsi daha məqsədəuyğundur.
Bakı Dövlət Universitetinin müəllimi, dosent Samirə Mamedova da deyir ki, ixtisas seçimini abituryentdən başqa birisi etdiyi üçün həmin tələbə dərslərə həvəssiz yanaşır, nəticədə öz oxuduğu ixtisas üzrə iş tapa bilmir. Çünki həmin tələbədə özü seçmədiyi peşədə işləməyə həvəs olmur.

Təhsil sektorunda çalışan bir çox mütəxəssislər deyirlər ki, bəzən abituriyentlər ixtisası özləri seçmədikləri üçün oxumaqdan imtina edirlər. Nəticə etibarilə isə həmin ixtisasın arzusunda olan, lakin balı çatmayan başqa bir abituriyent isə tələbə adını qazana bilmir.


Görünür bu proses ölkəmizdə bir ticarətə çevrilib. Burada isə kodlaşdırmanı aparan şəxs şəxs qazanclı çıxır. İtirən isə bir ömür boyu sevmədiyi sənət üzrə işləyəcək abituriyent olur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR