Konfrans iştirakçıları Füzuliyə "Ağdam" təyyarəsi ilə getdi

# 14:26
28 aprel 2022

Şuşada “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.

 

APA TV xəbər verir ki, konfrans iştirakçıları təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gediblər.

 

Tədbir iştirakçılar "Ağdam" adı verilmiş təyyarə ilə hava limanına eniş edib. Onlar hava limanı ilə tanış olub. Qonaqlar “Zəfər yolu” ilə Şuşaya yola düşüb.

 

Qeyd edək ki, Şuşada keçirilən toplantıda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər şəxslər iştirak edir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR