Körpünün üzərində sürücülər köməksiz qaldı – APA TV
Bakının Yasamal rayonunda yol ötürücüsündə çuxur yaranıb. Olay Əbdülvəhab Salamzadə küçəsinin Ziya Bünyadov prospektinə keçid hissəsində qeydə alınıb.
Nəticədə adı çəkilən ərazidən hərəkət edən avtomobillərə ciddi ziyan dəyib. 4 nəqliyyat vasitəsinin təkəri çırılıb.
Zərərçəkmiş sürücülər maşınlarını yolun kənarında saxlayıb. Onlar yoldakı təhlükə ilə bağlı arxadan gələn digər sürücüləri bu cür xəbərdar ediblər. Zərərçəkmiş sürücü bununla bağlı DİN-ə müraciət etdiyini bildirib. Hazırda sözügedən şossedə sıxlıq yaranıb. Qələbə dairəsindən Koroğlu istiqamətinə hərəkət edən sürücülərin diqqətli olması tövsiyyə olunur.
Nurlan Rafiqoğlu
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib