Lənkəranda 26 ailənin yaşadığı bina qəzalı vəziyyətə düşüb
Lənkəranda, ötən əsrin əvvəllərində inşa olunan çoxmənzilli “gəmi bina” qəzalı vəziyyətdədir. Bir neçə il bundan əvvəl binanın dam örtüyü dəyişilsə də, yağış yağan zaman yenə də evlərə su damır. Divarlarda çatlar əmələ gəlib, döşəmə tamamilə dağılıb. Döşəmənin yarasız olmasına görə, sakinlərdən biri binanın zirzəmi hissəsinə düşüb və çoxsaylı xəsarət alıb. Artıq aidiyyəti orqanların nümayəndələri binaya baxış keçiriblər. Binanın əsaslı təmirə əlverişsiz olduğu sayılıb və sakinlər üçün yeni binanın tikilməsi haqqında qərar verilib. İdarə rəisi onu da bildirdi ki, yeni bina tikilib başa çatana kimi, sakinlərin kirayə haqları da dövlət tərəfindən qarşılanacaq. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkərən
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu