Lənkəranda AĞIR QƏZA: Keçmiş polis öldü

# 12:03
3 sentyabr 2022

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini 37 yaşlı  Vüsal Babayevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb. Nəticədə avtomobildə olan Vüsal Babayev və onun oğlu xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da Vüsal Babayev xəstəxanada dünyasını dəyişib.

Qeyd ədək ki, Vüsal Babayev  Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin keçmiş inspektoru olub.

Faktla bağlı araşdırma aparılır.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Lənkəran

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR