Lənkəranda qaz xətti çəkdilər, qaz yoxa çıxdı
Bu tək Firəngiz nənənin problemi deyil. Lənkəran rayonunun Separadi kəndinin sakinləri evləri mavi yanacaqla təmin olunmadığına görə müxtəlif çətinliklər yaşayırlar. 10 gündür ki, kəndə qaz verilmir. Yanacağa olan tələbatı ödənilməyən və bunun səbəbini bilməyən kəndliləri bir sual maraqlandırır - Yeni qaz xətti çəkiləndən sonra niyə qaz verilmir, əksinə olmalıydı axı.
Sakinlər deyir ki, kəndə məsələ ilə bağlı aidiyyəti qurumların qapısını döymüyən qalmıyıb. Ancaq nə çarə ki, bu müraciətlərin heç birinin bir nəticəsi olmayıb. Biz də məsələ ilə maraqlandıq, nəyə görə Separadi kəndinin mavi yanacaqla təmin edilmədiyini soruşduq. Bildirdilər ki, mavi yanacağın verilməməsinin səbəbi sakinlərin köhnə qaz xətlərinin sökülməsinə qarşı olmalarıdır.
Eyni problemlər Separadiyə qonşu olan Tükəvilə kəndində də var.
Hava şəraitinin pisləşməsi, yağıntıların başlaması, sərt qışın özüylə gətirəcəyi problemlər qaçılmazdır.
Ümid edirik ki, bütün problemlər tezliklə öz həllini tapar.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lənkəran
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu