Dəniz, çay və göllərdə batanların sayı niyə sürətlə artır?

# 18:52
5 avqust 2023

Özlərindən əvvəl suda batıb həyatını itirənlərin acı aqibəti suya atılanlara dərs olmur. Onlar elə bilirlər ki, keçən il batanların taleyini yaşaya bilməzlər. Amma təəssüflər olsun ki, hər gün 2-3 nəfərin dənizdə, çayda və ya göldə boğulması xəbərlərini eşidirik. Matros-xilasedici Mövsüm Güləhmədov deyir ki, insanlar ilk növbədə xilasedicilərin olmadığı, nəzarətsiz ərazilərdən uzaq durmalıdırlar. Tez-tez küləkli havada dənizə getməməli olduğumuz haqqında xəbərlər oxuyuruq. Xilasedici Mövsüm Güləhmədov küləyin növlərinin dəniz dalğalarındakı təsir və təhlükələrindən də danışıb. 10 ildən çoxdur ki, üzgüçülük üzrə təlimçi kimi fəaliyyət göstərən Heydər Məlikzadə deyir ki, uzun müddət üzgüçülüklə məşğul olmayan insanların açıq dəniz, göl və çaylarda üzməsi əksər hallarda faciə ilə nəticələnə bilər. Təlimçi çay və göllərdə üzməyin niyə təhlükəli olduğundan da bəhs edib. İyun ayının 15-dən bugünə kimi 102 xilasetmə əməliyyatının baş tutduğunu bildirən FHN-in kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin icimaiyyətlə əlaqələr şöbəsinin böyük inspektoru Fərid İlhamoğlu bildirib ki, ölümlə nəticələnən hadisələrin əksəriyyəti nəzarətsiz olan ərazilərdə baş verir. Bu ərazilərin nəzarətsiz qalmasına səbəb isə həmin yerlərdə çimməyin qadağan olmasıdır. İnsanların çoxu üzmək üçün dənizə üstünlük versə də, çay, göl, kanal tipli yerlərə də üz tutanlar az deyil. Bəs çay və gölləri statistik olaraq minlərlə insanın girdiyi dənizlərdən daha təhlükəli edən nədir? Mütəxəssislər bildirirki, şirin su duzlu sudan daha az sıx olduğu üçün insanlar səthdə qalmaqda çətinlik çəkirlər. Şirin su daha az sıxlığa malik olduğundan boğulma riskini daha da artırır. Ləman Salehova Xəyal İskəndərov Fariz Quliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR