Manevr qaydalarını pozan sürücü qəza törətdi – APA TV
Bakının Nərimanov rayonunda yol qəzası baş verib. Hadisə şəhərin Vaqif prospektində qeydə alınıb. “Niva” markalı maşın ötmə əməliyyatı edərək “Vaz 21015”-in qarşısına çıxıb. Nəticədə yüksək sürətlə toqquşmuş avtomobillərin hər iki sürücüsü ağır xəsarət alıb.
“Vaz 21015” markalı nəqliyyat vasitəsinin yaralı sürücüsü salonda sıxışıb qaldığından əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Yaralı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Qəza nəticəsində hər iki maşın deformasiyaya uğrayıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi