Marşrutda cibgirlik etdi - POLİS YAXALADI

# 17:45
10 noyabr 2021

Gəncədə cibgirlik və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

APA TV-nin xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Sahib Hüseynov saxlanılıb.

Həmin şəxsin vətəndaşların çantasından və cibindən mobil telefon və nağd pul oğurladığı müəyyən edilib.

Keçirilən digər əməliyyat nəticəsində binalardan su mühərriklərini oğurlamaqda şübhəli bilinən Elmir İsmayılov saxlanılıb. O, müxtəlif vaxtlarda 5 vətəndaşa məxsus ümumi dəyəri 590 manat olan su mühərriki oğurlayıb.

Polis əməkdaşlarının saxladığı keçmiş məhkum Atəş Paşayev isə 500 manat dəyərində elektrik qurğularını oğurlayıb.

Digər əməliyyat zamanı isə Asim Quliyev tutulub. Onun su sayğacı, velosiped və mobil telefon oğurlamaqla vətəndaşlara ümumilikdə 450 manat maddi ziyan vurması müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR