Xaçmazda valideynləri boşanan qız özünü körpüdən atdı
Xaçmazda intihara cəhd olub. APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Xudat şəhərində baş verib. 16 yaşlı qız özünü dəmiryolu körpüsündən atıb. O, dərhal Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, yeniyetmənin ayaqları sınıb. Hadisəyə səbəb kimi, ailə münaqişəsi göstərilir. Belə ki, qızın ailəsi bir müddət əvvəl boşanıb. Məhkəmə qızı anasına versə də, o, atasında qalmaq istəyib.
DİGƏR XƏBƏRLƏR

Qiyaslı məscidi yenidənqurmadan sonra ibadətə açılıb

Bir siqaret kötüyü, bir tonqal: Meşəlik ərazilərdə təhlükə böyüyür

Naxçıvanda yaradılan ilk ev muzeyindən reportaj
