Metroya balta ilə girən şəxsdən DAHA BİR VİDEO
Bakıda metroya balta ilə girən şəxs etdiyi əmələ aydınlıq gətirib.
APA TV xəbər verir ki, o, bununla bağlı daha bir video çəkərək sosial şəbəkə hesabında paylaşıb.
İnsanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra Tik-Tok sosial şəbəkəsində canlı yayım açıb. O, haqqında xoşagəlməz fikirlər bildirən şəxsləri qınayıb.
Həmin şəxs metroya girərkən əlindəki əşyanın balta deyil çəkic olduğunu da bildirib.
Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov video barədə xəbərdar olduqlarını və müvafiq araşdırmalara başlanıldığını açıqlayıb.
DİGƏR XƏBƏRLƏR

Sertifikatları otağa sığmır, amma, qeydiyyatda yoxdur – “uzman həkim”in izi ilə

Bakıda ev sahibi müqavilə bağlamaq istəmir, kirayəçi evdən çıxmır

İsrail–İran gərginliyi: Ballistik raketlər, dron hücumları və nüvə qorxusu
