Miliyyətcə azərbaycanlı olan xarici ölkə vətəndaşlarına güzəşt təklifi
“Milliyyətcə azərbaycanlı olan xarici ölkələrin vətəndaşları Azərbaycana gələndə digər əcnəbilər kimi 1 aydan artıq müddətdə ölkədə qaldıqda vizalarının müddətini uzatmalıdırlar”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və əhalinin sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.
Məlahət İbrahimqızı deyib ki, milliyyətcə azərbaycanlı olan şəxslər Azərbaycana xəstə ata-anasının yanına gəlirsə, 1 aydan sonra qalma müddətinin artırılması üçün müxtəlif yollara baş vurmalı, hətta xəstəliklə bağlı arayış almalıdır: “Ona görə də yaxşı olar ki, əcnəbilərlə müqayisədə, milliyyətcə azərbaycanlı olanlara daha artıq qalma müddəti ilə bağlı qanunvericilikdə güzəştlər nəzərdə tutulsun”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib