Millimiz vətənə 5 medalla döndü – APA TV
Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Avropa çempionatında iştirak edən idmançılarımız vətənə qayıdıblar. APA TV xəbər verir ki, çempionat 3 gün davam edib. İdmançıların qarşılanma mərasimində onların yaxınları, idman cəmiyyətinin üzvləri, azarkeşlər və KİV iştirak edib. 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gərgin keçən döyüşdə teakvondoçumuz rəqibinə heç bir şans verməyərək, Avropa çempionatının qızıl medalına yiyələnib və Tallində Azərbaycan himnini səsləndirib. Qaşım Maqomedovdan öncə Cavad Ağayev və Həmidreza Badrialiabadi isə gümüş medala yiyələnib. Gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva gümüş, Məhəmməd Həsənli bürünc medal qazanıb. Beləliklə, 3 gün davam edən Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub. Qeyd edək ki, avqustun 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyi start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu