Mingəçevirdə qanunsuz balıq ovuna qarşı reyd keçirildi
Su polisi Mingəçevir su anbarı ərazisində qanunsuz balıq ovu üçün nəzərdə tutulan sintetik torlar aşkar edib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsi əməkdaşları Mingəçevir Su Anbarı hövzəsində qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə reyd keçirib.
“Xanabad körfəzi”ndə və “Ayı buxtası”nda aparılan reyd zamanı qanunsuz balıq ovu üçün nəzərdə tutulan sintetik torlar və köməkçi vasitələr aşkarlanıb.
Su polisi əməkdaşları tərəfindən sahilə çıxarılan 1200 metrə yaxın sintetik tor aidiyyəti üzrə təhvil verilib.
Reydlər növbəti günlərdə də davam etdiriləcək.
Ehtiram Muradov
APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi