Müdir işçiləri ilə birgə müştərini döydü
Bakıda restoranda kütləvi dava olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən restoranda qeydə alınıb.
Restoranda baş verən davada 10-dan çox adam və obyektin müdiri də iştirak edib. Müdir və 10 işçisi Bakı sakini Ruslan Əliyevi döyüblər.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib.
Baş vermiş insidentlə bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib