Narkotacir ana və oğlu tutuldu - LƏNKƏRANDA ƏMƏLİYYAT

# 15:32
28 yanvar 2022

Lənkəranda narkotacir ana və oğlu saxlanılıb. 
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri İbrahim Axundov, Şəhriyar İbadlı və Səidə Əskərova yaxalanıblar. Şəxsi axtarış zamanı onlardan heroin və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Səidə Əskərovanın oğlu Müqəddəs Adıyevdən əldə etdikləri müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan Müqəddəs Adıyevin üzərindən və yaşadığı evdən 5 kiloqram 100 qramdan artıq heroin və metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. 

Keçirilən digər əməliyyat tədbirləri nəticəsində daha 11 nəfər – Turac Rzazadə, Zahid Səlimov, Elvin Cəfərov, Bayram Nəsrullayev, Ramin Cəbizadə, Mirxəlil Mirverdiyev, Zeyqəm Rzayev, Fərid Hüseynov, Ruslan Əliyev, Musa Hüseynov və Ümid Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxslərdən Turac Rzazadə, Ramin Cəbiyev və Ruslan Əliyevin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Turac Rzazadənin 2 yaşayış evindən 2040 manat dəyərində məişət əşyalarını, Ruslan Əliyevin 2 evdən 800 manat dəyərində elektrik generatoru, 2 ədəd velosiped və digər əşyaları, Ramin Cəbizadənin isə məzar daşları sexindən 2100 manat dəyərində noutbuk, monitor və məzar daşlarının hazırlanmasında istifadə olunan avadanlıqları oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır. 


Tural Kərimov, Rövşən Əzimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR