Oğuzda qorxu dolu anlar: Beş nəfər xəsarət aldı

# 18:46
13 yanvar 2023

Oğuzda iki minik avtomobili toqquşub, ikisi azyaşlı olmaqla beş nəfər xəsarət alıb.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

“Opel Astra” markalı və Wolsvagen passat” markalı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza zamanı beş nəfər xəsarət alıb. Bunlar Oğuz rayon sakinləridi. Yaralılardan dörd nəfər 1989-cu il təvəllüdlü Rahib Musahib oğlu Aydınov, 1997-ci il təvəllüdlü Nüşabə Vüqar qızı Cəfərli, 2016-cı il təvəllüdlü Yağmur Elvin qızı Cəfərli və 2014-cü il təvəllüdlü Qönçə Zahid qızı Aydınlı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz  Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Daha bir yaralı Oğuz rayon sakini 1982-ci il Muxtar Mürşüd oğlu Muradovun xəsarəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR