Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır - RƏSMİ
Martın 19-dan martın 29-dək Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.
APA TV-nin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə istinadən verdiyi məlumata görə, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, Bakı-Tbilisi-Bakı sərnişin qatarı, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı, Bakı- Köçərli-Balakən-Bakı sərnişin qatarı, Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı, Bakı-Yalama-Bakı elektrik qatarı və Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarının hərəkəti dayandırılır.
Martın 18-dən 29-dək olan tarixlər üçün bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır.
Martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi