Onlayn sifarişlərin çatdırılmasını təmin edən Samux sakini niyə saxlanıldı
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryerlər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Elyar Əliyev və Gəncə şəhər sakini Emil Rzayev Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki çantadan 1 kq 640 qram heroin, 2 kq 85 qram marixuana və 30 ədəd tramal həbləri aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
ELYAR ƏLİYEV SAXLANILAN ŞƏXS
EMİL RZAYEV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib