"Paşinyanı mühasirədən çıxarmaq üçün yüzlərlə qurban verdik"

# 14:06
19 may 2023

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ölkə gündəmindən düşmür. Baş nazirin oğlu Aşot Paşinyanın müharibədə öldürülmüş əsgərlərin valideynləri tərəfindən oğurlanması hadisəsi isə bir sıra maraqlı məqamları da üzə çıxarmış oldu.

Məsələn, müxalifət fəalı, tanınmış erməni ictimai xadim Tiqran Vardanyan "Mamul"a verdiyi açıqlamada iddia edib ki, Aşot Paşinyan hələ İkinci Qarabağ müharibəsi zamanı yüzlərlə əsgərin mənasız ölümünə səbəb olubmuş.

“Xatırladım ki, 44 günlük müharibə zamanı Aşot Paşinyanı mühasirədən çıxarmaq üçün yüzlərlə hərbçi qırğına göndərilib”,- Vardanuan sensasiyalı fikirlər səsləndirib.

Məlumata görə, oktyabrın 19-da İcevan alayının əsgərləri "yem" kimi istifadə olunub.

“Döyüşçülərimizi qəsdən ətdən sədd edib, "yem”ə çevirib azərbaycanlı hərbçilərin diqqətini əsas məsələdən yayındırdılar. Yəni Aşotiki xilas etmək üçün zərbəni onların üzərinə yönəltdilər.Həmin mühasirə ərazisinə döyüşçülərimizi göndərəndə, hamı yaxşı bilirdi ki, onların heç biri qeyri-bərabər şəraitdə döyüşərək xilas ola bilməyəcək. Yalnız bir nəfər istisna idi ki, o da Aşot oldu”,- Erməni siyasətçi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR