Polis tələbə qızla bağlı əhaliyə müraciət etdi - FOTOYA DİQQƏT!
Bakı Mühəndislik Universitetinin tələbəsi itkin düşüb.
APA TV xəbər verir ki, Lamiyə Binnətova Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.
Lamiyə Binnətova Bakı Mühəndsilik Universitetinin Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsidir. O, aprelin 1-də saat 16:50 radələrində müəllimdən icazə alaraq universitetdən çıxıb, daha sonra dərslərə gəlməyib.
Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Ailə Daxili İşlər Nazirliyinə məlumat verib.
Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?