Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib – APA TV

# 23:35
1 yanvar 2024

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesi təbrik edib. Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm deyən dövlət başçısı bildirib ki, Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilir.

Qeyd edilib ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylər bundan sonra da uğurla davam etdiriləcək. “Bu xoş fürsətdən istifadə edərək Yeni, 2024-cü il münasibətilə də Sizə ən səmimi təbriklərimi çatdırır, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm” deyə Prezident İlham Əliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR