Priqojini məhv etmək tapşırığı verildi
Silahlı üsyan təşkil etmək cəhdindən sonra Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) “Vaqner”in təsisçisi Yevgeni Priqojini məhv etmək tapşırığı verilib. Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. “Biz bilirik ki, Priqojinin öldürülməsi vəzifəsi FSB-yə həvalə olunub. Onların bu işdə uğur qazanıb-qazanmayacağını zaman göstərəcək”, - Budanov qeyd edib. O bildirib ki, sui-qəsd cəhdi tezliklə olmayacaq, çünki Rusiyaya bir az vaxt lazımdır. “Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş istənilən hərəkət Ukrayna üçün faydalıdır”, - o vurğulayıb. O, həmçinin, iddia edib ki, Priqojinin qısa üsyanı nəticəsində Rusiyanın 8 hərbi təyyarəsi, o cümlədən komanda məntəqəsi məhv edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu