“Qarabağ” Yunanıstanda “Olimpiakos”udarmadağın etdi
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
APA TV xəbər verir ki, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin III turunun matçına çıxıb.
Ağdam klubu səfərdə Yunanıstan “Olimpiakos”u ilə qarşılaşıb. Qarşılaşmanın taleyi ikinci 45 dəqiqədə həll olunub. Hissənin ortalarında Ovusu Kvabena meydan sahiblərinin qapısına yol tapıb – 1:0. Görüşün sonlarında isə Marko Veşoviç fərqi artırıb. Ramil Şeydayevin qolu isə 3:0 hesablı darmadağını rəsmiləşdirib. “Qarabağ” ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı