Qaradağdakı dəhşətli qəzanın TƏFƏRRÜATI
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzadan bir neçə dəqiqə öncə Bakı şəhər sakinləri 38 yaşlı Emil Qurbanov və 55 yaşlı Səyavuş Cəfərov maşını imsak etmək üçün saxlayıblar. Bu zaman İbrahim Əsədzadə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı maşınla paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan şəxsləri vurub, eyni anda Səyavuş Cəfərova məxsus “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Məlumata görə, qəzanı törədən İbrahim Əsədzadə həbsdən yeni çıxıbmış.
Qəza nəticəsində hadisə yerində ölən Səyavuş Cəfərov və Emil Qurbanov iş yoldaşı olublar. Əslən Ordubadın Aza kəndindən olan Emil Qurbanovun üç övladı var.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib