Qardaş 15 yaşlı bacısını yuxuda öldürdü: nənəsi danışır - TƏFƏRRÜATLAR

# 17:00
5 noyabr 2022

Qaxda 15 yaşlı qardaş 17 yaşlı bacısını bıçaqlayaraq qətlə yetirib.

 

APA TV-nin məlumatına görə, hadisə ötən gün  axşam saatlarında Qax şəhər Cavanşir Rəhimov küçəsi ev 5-də baş verib.


17 yaşlı Albina Papiaşvilinin üzərində xəsarətləri olan meyiti otaqlardan birində, yatdığı yerdə aşkar olunub. Qax rayon hüquq-mühafizə orqan əməkdaşlarının isti izlərlə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni  zərərçəkmişin qardaşı 15 yaşlı Jora Papiaşvili olduğu müəyyən olunub. Keçirilmiş tədbir nəticəsində Jora Papiaşvili şübhəli şəxs qismində saxlanılıb. Bacı-qardaşın yaxınları bildiriblər ki, Albina və Jora Qax şəhərində kirayədə yaşayıblar. Onların atası 6-7 il öncə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Atanın ölümündən sonra onların anası qeyri-rəsmi nikaha daxil olub və bundan sonra ana ilə uşaqlar arasında narazılıq yaşanıb. Qohumlar onu da iddia ediblər ki, Albina və Joranın anası onlarla maraqlanmayıb, uşaqlar nəzarətsiz qalıblar.

Hazırda kirayə yaşadıqları evdə Albina qardaşı ilə yanaşı sevdiyi oğlanla qalıb. Bəzi vaxtlar isə həmin evə onun rəfiqəsi də gəlib. Qətlin baş verdiyi gün isə bacı-qardaş evdə tək olublar. Nəvəsinin telefona cavab vermədiyini görən nənə evə gedərək dəhşətli hadisə ilə üzləşib. Qohumların sözlərinə görə, Albina və Jora çox mehriban olublar.

 

Faktla bağlı Qax Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.


 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu.  APA TV  Qax

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR