Qızına şiddət göstərən ata həbs edilib – APA TV
Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Qızına şiddət göstərən Elnur Məmmədov həbs edilib. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayon Məhkəməsinin qərarı ilə Elnur Məmmədov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib