Rayonlarda bayram bazarlığı neçəyə başa gəlir?

# 14:32
16 mart 2022

Bayram ərəfəsi olmasına baxmayaraq, Bərdə bazarında qiymətin bahalığı, eyni zamanda, istehlakçıların alıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.

Satıcıların APA TV-nin yerli bürosuna verdiyi xəbərə görə, bayram bazarlığını indidən edənlər azlıq təşkil edir. Onların sözlərinə görə, vətəndaşlar çox vaxt bayram bazarlığını son iki günə saxlayırlar.

Satıcılar deyir ki, banan, portağal, ananas, kivi və xurma kimi meyvələr istisna olmaqla, digər meyvələr demək olar ki, yerli məhsullarından ibarətdir. Bərdə bazarında ən baha meyvənin kilosunu 7 manata, ən ucuzunu isə 2, 2,5 manata almaq olar. 

Bayram süfrəsinin əvəzolunmazı aşın qarası üçün alış-verişə çıxanlar isə deyir ki, şabalıdın və əriyin qiyməti əl yandırır. Şabalıdın kilosu 9-12 manat, əriyin kilosu isə 20 manatdır.

Bütün ailələrdə, süfrələrdə xoş bayram əhval-ruhiyyəsi yaşanması diləyi ilə...

Habil Aslanoğlu, Elgün Gəncimsoy, Ziya İsmayılov, APA TV – Bərdə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR