Rəşad Dağlının öldürdüyü adam görün kim imiş - GÖRÜNTÜLƏRİ
Meyxanaçı Rəşad Dağlının qonşusunu qətlə yetirməsi ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
APA TV Lent.az-a xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, meyxanaçının qətlə yetirdiyi qonşusu İskəndər Mehdiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının dayısı oğludur. Həmçinin mərhumun da meyxanaçı olduğu deyilir.
Qətlin söyüş üstündə baş verməsi iddia olunur. Belə ki, İ. Mehdiyev qonşusu Rəşad Dağlının arxasınca söyüş söyüb. Bunu eşidən meyxanaçı da onu görüşə çağırıb. Nəticədə mübahisə zamanı Rəşad Dağlı qonşusunu bıçaqlayaraq, onu həyatdan məhrum edib.
Məlumata görə, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.
Hazırda araşdırmalar davam edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu