Rusiya və Ukrayna razılığa gəldi - ZAXAROVA AÇIQLADI
Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl Atom Elektrik Stansiyasının təhlükəsizliyinin birgə təminatı ilə bağlı razılığa gəlib.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, qeyd edib ki, Rusiya və Ukrayna enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər: “Rusiya hərbçilərinin Çernobıl AES-ə nəzarəti ələ keçirməsi onun təhlükəsizliyinə xələl gətirməmək üçün həyata keçirilib”.
Zaxarova əmin edib ki, Rusiya tərəfi bu obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib