Sabah paytaxtda güclü külək əsəcək – XƏBƏRDARLIQ
Aprelin 24-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-20, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Aprelin 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz görə, aprelin 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Aprelin 24-ü gündüz Bakıda və Abşeron yarımadasında cənub küləyinin əsəcəyi, arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi