Bank Of Baku

Sabaha olan hava proqnozu açıqlanıb

# 13:30
4 yanvar 2021

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 1-3, gündüz  6-8, Bakıda gecə 1-3, gündüz  6-8  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət 60-70 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  4-9 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR