Sabiq icra başçısı 13 il həbs oluna bilər
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA TV-nin xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Namiq Zeynalovun ittiham olunduğu maddələrlə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi təklif olunub. Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün vaxt istəyib.
Məhkəmə çıxışa hazırlaşmaq üçün vəkillərə iyunun 10-na kimi vaxt verib.
Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu