Sabiq idarə rəisi niyə tutuldu? - SƏBƏB
Müdafiə Nazirliyinin daha bir sabiq vəzifəli şəxsi saxlanılıb.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev dünən keçirilən əməliyyatla tutulub.
O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu