Şamaxıda baş verən qəzada yaralananlardan ikisi Bakıya göndərilib

# 12:32
13 iyun 2022

Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gecə saat 23:00 radələrində Bakı sakini, 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi 90-NL-949 dövlət nömrə nişanlı "Mercedes" markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

 

Hadisə zamanı Qəbələdən Bakıya turistləri aparan avtobusda olan 55 sərnişindən 10 nəfəri - Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli və Əmircan qəsəbə sakinləri, 1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı, 2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı, 2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı, 1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı, 1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı, 1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı, 2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı, 2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu, 2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna və 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğlu xəsarət alıb. Yay səyahət turları çərçivəsində Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusdakı sərnişinlər Bakı şəhəri 279 saylı tam orta məktəbin müəllim və şagirdləri, onların valideynləri olub. Yaralılardan ikisinin vəziyyəti ağır olduğuna görə, müalicə üçün Bakı şəhərinin xəstəxanalarına göndərilib.

 

AĞASULTAN ƏMİROV CƏRRAH

 

Yaşanan hadisə ilə bağlı məktəblilərin valideynləri ilə tur rəhbəri arasında insident yaşanıb. Buna səbəb isə tur şirkətinin öz öhdəliyini yerinə yetirməməsi, şagirdlərin müayinə və müalicəsi üçün lazım olan ödənişi etməməsidir. Hadisədə qolu qırılan şagird bu səbəbdən üçüncü dəfə xəstəxana dəyişdirməli olub. Əsəblərini cilovlaya bilməyən valideynlər isə tur şirkətinin nümayəndəsi ilə əlbəyaxa dava ediblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR