Şirvanda 86 yaşlı kişi hündürlükdən yıxılaraq öldü
Şirvanda hündürlükdən yıxılan kişi hadisə yerində ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Şirvan şəhərinin mərkəzində, Energetik küçəsində yerləşən binada baş verib. Həmin binada yaşayan 1936-cı il təvəllüdlü Məmmədov Bəymurad Basam oğlu 2-ci mərtəbədən yıxılıb. 86 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu