Şirvanda neft quyusundan qaz püskürüb – APA TV
Şirvanda neft quyusundan qaz püskürüb. Hadisə “Şirvan OİL Company LTD” şirkətinin 1 saylı neft-qazçıxarma məntəqəsində baş verib. Belə ki, 715 saylı neft quyusunda suqarışıq qaz fontan vurub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinə məxsus qüvvə və vasitələr cəlb olunub. Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu