Təhsil nazirinin müşaviri vəzifəsindən azad olundu
Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.
APA TV-nin xəbərinə görə, bu barədə Elnur Məmmədov özü məlumat verib.
O bildirib ki, digər dövlət qurumunda aldığı təyinatla bağı Təhsil Nazirliyində vəzifəsindən azad olunub.
"Böyük təhsil ailəsinin üzvü olduğumdan qürur duyuram. Hesab edirəm ki, təhsildə çalışan hər bir insan bu sahəyə ömürlük bağlı olur. Bu mənada mən təhsil ailəsinin üzvü olaraq qalıram. İşlədiyimiz yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq, hamımızın amalı hər sahədə doğma Vətənimizə xidmət etməkdir", - deyə o bildirib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi