Tərtər sakini minaya düşüb
Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1992-ci il təvəllüdlü Zaləddin Həsənlinin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub. APA TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib