Təxirə salınan ABŞ görüşü bərpa edilir – “Münasibətlərin normallaşdırmaq niyyəti ilə gedəcəyik”
Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında deyib. O əlavə edib ki, nazirlər Vaşinqtonda görüşəcəklər. Görüşlə bağlı məlumat verən Paşinyan vurğulayıb ki, Ermənistan nümayəndə heyəti bu görüşə münasibətləri normallaşdırmaq niyyəti ilə gedəcək. “Ermənistanın xarici işlər naziri bu görüşə tezliklə sülh müqaviləsini imzalamaq və münasibətləri normallaşdırmaq niyyəti ilə gedəcək”, - deyə Paşinyan əlavə edib. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib