Tovuzda “xınayaxdı” mərasiminin qarşısı alındı – MƏCLİSDƏ İŞTİRAK EDƏNLƏR CƏRİMƏLƏNDİ
Tovuzda karantin qaydalarına zidd olaraq təşkil olunan “xınayaxdı” məclisinin qarşısı alınıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinə Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejiminin qaydalarını pozaraq, gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərlik məclisin keçirilməsinin qarşısı alınıb. Bəlli olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün mərasimi qudası Fazil Mehdiyevin evində keçirib.
Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində protokol tərtib edilərək cərimə olunublar.
Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri