Ukrayna kapitulyasiyaya gedir? - RƏSMİ AÇIQLAMA / Rusiya-Ukrayna savaşı
“Ukrayna artıq 128 saatdır ki, Rusiyanın aqressiyası ilə mübarizə aparır”.
APA “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.
O, Ukraynanın Rusiya qarşısında kapitulyasiya etməyəcəyini və qələbə qazanana qədər vuruşacaqlarını bəyan edib.
“Heç bir kapitulyasiya olmayacaq!”, - deyə Reznikov vurğulayıb.
Yeri gəlmişkən qeyd edək ki, Prezident Aleksandr Lukaşenko Belarusun Ukrayna ilə sərhəddə əlavə 10 batalyon yerləşdirdiyini açıqlayıb.
“İstənilən təxribatın qarşısını almaq üçün Belarusun cənub sərhədlərinə 10 taktiki manevr batalyonu yerləşdirəcəyik”, - deyə Lukaşenko qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu