Uzunoba gölünün canlar alan sirri – burada indiyə kimi 40 yaxın insan ölüb

# 14:42
31 iyul 2023

Bura Uzunoba Su Anbarının ərazisi, təlimatlara və xəbərdarlıq nişanlarına əməl etməyənlərin ölüm səbəbinə çevrilən göldür. İki hissədən ibarət olan çimərlik azyaşlılar və böyüklər üçün nəzərdə tutulub. Müvafiq olaraq dərinlikləri 70 və 170 cm olan çimərliyin eni 40 və 50 metrdir. Uzunoba gölündə çimmək təhlükəlidir. Məhz buna görə burada istirahət edənlər təlimatlara və xəbərdarlıq nişanlarına diqqət etmək məcburiyyətindədirlər. Burada qarşılaşacağınız qadağalar və xəbərdarlıq nişanlarının əksəriyyəti qeyri-çimərlik ərazisi ilə bağlıdır. Yerli sakinlər anbarın qeyri-çimərlik zonasını "ölüm zonası" da adlandırırlar. Məlumata görə, son 10 ildə məhz 40-a yaxın insan qeyri-çimərlik ərazisində üzməyə çalışdığı zaman həyatını itirib. Öz səhlənkarlığı ucbatından boğulma təhlükəsi ilə üz-üzə qalan bir çox insanı isə FHN-nin əməkdaşları xilas edib. Hazırda Su Anbarı və çimərlik ərazisində FHN və DİN-nin əməkdaşları fasiləsiz fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, Uzunoba su anbarının ümumi həcmi 7,19 milyon kubmetrdir və hazırda su anbarında 3,87 milyon kubmetr su var. Bəzi sakinlər isə bildirir ki, suyun müəyyən dövrlərdə azalması və çoxalmasından asılı olaraq, Uzunoba Su Anbarının kənarlarında bir qədər sürüşkənlik yaranır. Bu da insanların həyatı üçün təhlükəlidir. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR