Vətən Müharibəsinin 24-cü günü: 20 oktyabrda nələr baş verdi?

# 07:00
20 oktyabr 2021

20 oktyabr 2020-ci il. Günlərdir ki, şiddətli döyüşlər davam edir. Ordumuz düşmənin təxribatlarına uymadan, yalnız döyüş meydanında hərbi əməliyyatları davam etdirir.

 

Ermənistan ordusu günü-gündən daha da zəifləyir, məhv olmaq təhlükəsi ilə üz-üzə qalırdı.

 

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası, Füzuli istiqamətində isə 30 nəfər şəxsi heyəti məhv edildi.

 

27 sentyabr tarixindən bu günə qədər Ermənistan ordusuna məxsus 241 tank, 50 ədəd piyadanın döyüş maşını, 17 ədəd özüyeriyən artilleriya qurğusu, 198 ədəd müxtəlif çaplı toplar, 58 minaatan, 2 ədəd "Uraqan" sistemi, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 53 ədəd tank əleyhinə raket sistemləri, 2 ədəd “Elbrus” əməliyyat-taktiki raket kompleksi, 1 ədəd “Toçka-U”, 4 ədəd “S-300” kompleksi, 40 ədəd "Osa" zenit raket kompleksi, 3 ədəd “Tor” zenit-raket kompleksi, 5 ədəd “Kruq” və “Kub” zenit raket kompleksləri, 8 ədəd radioelektron mübarizə sistemləri, 198 ədəd yük avtomobili məhv edilmişdi.

 

39 tank, 24 ədəd piyadanın döyüş maşını, 12 minaatan, 25 qumbaraatan, 102 ədəd yük avtomobili isə qənimət kimi ələ keçirilmişdi.

 

Saat 13:00-da Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutdu.

 

Saat 15:00-da isə düşmənin yenidən Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində Cəmilli kəndində 2 mülki şəxs həlak oldu, 1 nəfər yaralandı.

 

Düşmən öz xislətindən əl çəkmir, Ordumuz isə onu döyüş meydanında cəzalandırırdı. Elə bunun nəticəsi idi ki, Prezident İlham Əliyev xalqa müraciətində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndlərini, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri. Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqladı.

 

Amma bu da son deyildi. Düşmən hələ 20 gün də cəzalandırılacaqdı.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR