Xalqımız şəhid oğlu ilə vidalaşdı
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilib. Mərasim şəhidimizin Yasamaldakı mənzilində baş tutdu. Mərasimdə şəhidin doğmaları, yaxınları ilə yanaşı, ictimaiyyət nümyəndələri, dövlət rəsmiləri istirak edirdilər. Vida mərasimindən sonra şəhidin cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılıb. Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.
Qeyd edək ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Ötən gün yerli vaxtla saat 22 radələrində şəhidimizin nəşi, xəsarət alanlar, səfirliyin digər əməkdaşları və ailə üzvləri Bakıya gətirilib. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir