Xankəndidəki separatçı Vardanyan Rusiya vətəndaşlığından çıxarıldı
Rusiya Prezidenti Vladimir Putin erməni biznesmen Ruben Vardanyanın Rusiya Federasiyası vətəndaşlığından çıxarılmaqla bağlı müraciətini təmin edib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, bunu təsdiq edən fərman hüquqi informasiya portalında dərc edilib. Həmin fərmanla iş adamı Konstantin Sidorovun Rusiya vətəndaşlığından çıxarılmaqla ilə bağlı müraciəti də təmin edilib.
Xatırladaq ki, bu ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, Ruben Vardanyan Xankəndidəki separatçı rejimin “nazir”I təyin olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu