Xaricdə oturub, Azərbaycanı təhqir edənlərin gətirilməsi üçün addımlar atılmalıdır - Razi Nurullayev

# 14:41
15 fevral 2022

“Bu gün xaricdə oturub, bizi, Prezidenti təhqir edən insanlar var”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, bu qanunun qəbul olunması ilə həmin insanların tutulub, ölkəyə gətirilməsinin təmin edilib-edilməyəcəyi aydın deyil: “Bu insanlar çox vaxt dövlətçiliyə zidd çıxışlar edirlər. Bu insanların yaşadığı ölkələrin aidiyyəti qurumları ilə bu cür sazişlərin imzalanması yaxşı olar. Həmin ölkələrə parlament nümayəndə heyətinin səfərləri təşkil edilməli və müzakirələr aparılmalıdır. Xarici ölkədə oturub, insanları təhqir edirlər, dövlətin atributlarını ayaqlar altına alırlar. Ona görə biz bununla bağlı hansısa addımları atmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR